Balıqçı "DƏNİZ ŞEYTANI" adalndırılan BALIQ TUTDU - VİDEO
18-06-2023, 11:17

Çanaqqalada balıq tutmaq üçün Saros körfəzinə üzən balıqçı İlker Özdemir təxminən 1,5 metr uzunluğunda və 50 kiloqram ağırlığında nəhəng balıqçı balığını tutub. Özdemir və dostu Zürafə Uçurumlarının yerləşdiyi əraziyə tor atıblar. Bir müddət sonra torunu çəkən Özdemir toruna təxminən 1,5 metr uzunluğunda, 50 kiloqram ağırlığında nəhəng Dəniz şeytanı adalndırılan yırtıcı balıq düşüb. 

AZİNFORM.AZ bildirir ki, 1,5 metr uzunluqda və 50 kiloqram ağırlığında olan balığın görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Qeyd edək ki, yırtıcı balıq növü olan Dəniz şeytanı əcaib görünüşü ilə diqqət çəkir. Dəniz şeytanına adətən Aralıq və Qara dəniz sularında rast gəlinir.





up