İyunun 13-dən 15-dək Rusiyanın 11 regionunda havanın şaxtalı olacağı gözlənilir.
AZİNFORM.AZ Fövqəladə Hallar Nazirliyi Hidrometeorologiya Xidmətinin proqnozuna istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, Tomsk, Novosibirsk, Kemerovo, Çelyabinsk, Sverdlovsk, Kurqan, Tümen, İrkutsk vilayətlərində, həmçinin Tatarıstan, Başqırdıstan və Perm diyarında temperaturun kəskin enməsi gözlənilir. Bu bölgələrdə termometrlər sıfırın altına düşəcək, -2 ... -5 dərəcə olacaq.
Qeyd edək ki, son iki həftədə adıçəkilən rayonlarda 35 dərəcə isti müşahidə olunub.