Şımkentdə partlayış baş verib: 2 nəfər ölüb
21-05-2022, 17:08

Qazaxıstanın Şımkent şəhərində doğum evinin yaxınlığında yerləşən aptekdə baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb.

Fizioloji məhlulun istehsal edildiyi aptek binası tamamilə dağılıb.

"Hadisə nəticəsində perinatal mərkəzin bir əməkdaşı (keşikçi – red.) və bir körpə (18 günlük) ölüb, 8 nəfər xəsarət alıb", - Türkestan vilayətinin səhiyyə idarəsinin məlumatında deyilir. /report/


AZİNFORM.AZ





up