"Türkiyənin bundan başqa çarəsi yoxdur" - Maliyyə nazirindən ilk AÇIQLAMA
4-06-2023, 19:59

Türkiyənin yeni xəzinədarlıq və maliyyə naziri Mehmet Himşek ölkənin maliyyə siyasəti ilə bağlı ilk açıqlamasına verib.

AZİNFORM.AZ xatırladır ki, türkiyənin tanınmış maliyyəçilərindən olan və Ərdoğanın prezident seçilməsindən dərhal sonra maliyyə naziri postuna gətirdiyi Mehmet Şimşekin qarşısında beynəlxalq investorların Türkiyəyə inamını bərpa etmək, maliyyə sektorunu qaydaya salmaq və iqtisadiyatı dirçəltmək kimi vəzifələr dayanır.
Yeni nazir ölkə iqtisadiyyatını 50% illik inflyasiyi, dolların 21 lirəyə bərabər məzənnəsi və böyük xarici ticarət defisiti ilə təhvil alıb.

Britaniya vətəndaşı olan Şimşek beynəlxalq investorlar tərəfindən rəğbət olan şəxsdir və onun bu posta gətirilməsi Türkiyənin bundan sonra maliyyə dünyasının qaydaları ilə hesablaşacağını, indiki siyasətdə dəyişiklik olacağını göstərir. Nazir özü də elə ilk açıqlamasına dəyişikliklərin anonsunu verib.

«Hökumətimizin təməl hədəfi əhalinin rifahını artırmaqdır. Qarşımızdakı dövrdə bu hədəfə çatmaqda şəffaflıq, ardıcıllıq, proqnozlaşdırıla bilən olmaq və beynəlxalq normalara uyğunluq əsas prinsiplərimiz olacaq»-deyə yeni maliyyə naziri ilk mətbuat konfransında bildirib.

Nazir Şimşək ilk açıqlamasında, «Türkiyənin rasional əsasa qayıtmaqdan başqa çarəsi yoxdur. İstənilən rifahın əldə edilməsində qaydalara əsaslanan Türkiyə iqtisadiyyatı əhəmiyyətli olacaq. Makro maliyyə sabitliyinə üstünlük verəcəyik» deyib.

Nazirin sözlərinə görə, artıq dərhal orta müddətli maliyyə tədqiqatları başlanacaq.
"Makro-maliyyə sabitliyinə üstünlük verəcəyik" deyən Şimşək, "Orta müddətli maliyyə araşdırmalarımıza vaxt itirmədən başlayacağıq. Orta müddətli dövrdə inflyasiyanın yenidən tək rəqəmli həddə endirilməsi, bütün sahələrdə proqnozlaşdırıla bilənliyin artırılması və struktur islahatlarının həyata keçirilməsi. Cari açığın azaldılması həyati əhəmiyyət daşıyır»-deyə bildirib.

Əsas prinsip beynəlxalq normalara uyğunluqdur
Sosial rifahın yüksəldilməsi məqsədinə çatmaqda şəffaflıq, ardıcıllıq, proqnozlaşdırıla bilənlik və beynəlxalq normalara uyğunluğun əsas prinsiplər olacağını bildirən Şimşək, "Bu prioritetlər çərçivəsində işlərimizi müvafiq nazirliklərlə koordinasiyalı şəkildə həyata keçirəcəyik" deyib.





up