ABŞ prezidenti Co Baydenin yenidən yıxılması GÜNDƏM OLDU - VİDEO
2-06-2023, 21:07

ABŞ prezidenti Co Baydenin yaşı ilə bağlı mübahisələr o, prezident seçilməzdən əvvəl də tez-tez olurdu. Prezident seçildikdən sonra da yaşadığı bəzi hadisələr müzakirənin gündəmdən düşməsinə imkan vermir.

AZİNFORM.AZ xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının mərasimi zamanı ABŞ prezidenti Co Bayden çətin anlar yaşadı. 81 yaşlı ABŞ lideri mərasimdə tribunadan yıxılıb. Bayden mühafizəçiləri ayağa qaldırarkən, mərasimdə iştirak edənlər şokda idilər. Baydenin düşdüyü video sosial medianın gündəminə düşüb.

Bayden keçən il Delaverdəki evinin yaxınlığında velosiped sürərkən ona səslənən jurnalistlərə əl yelləyərkən velosipedindən yıxılıb.






up