Yaxın gələcəkdə Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olmaq niyyətinə cavab olaraq ölkənin qərbində yeni hərbi birləşmələr formalaşdıracaq.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Şoyqu bildirib ki, Rusiya sərhədləri yaxınlığında qərb istiqamətindən hərbi təhdidlər artır:
“Buna görə də Rusiya qoşunların döyüş tərkibini fəal şəkildə təkmilləşdirir və ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 hərbi hissə və bölmə formalaşdırılacaq”.