Mayın 14-də keçirilən ümumi seçkilərdən sonra prezident seçkiləri ikinci tura keçirilib. Mayın 28-də keçiriləcək seçkilər öncəsi liderlər təbliğat işlərini davam etdirirlər. Xalq Alyansının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan müttəfiq ortaqları MHP sədri Dövlət Baxçalı və Rifah Partiyasının sədri Fatih Ərbakanla birlikdə zəlzələ bölgəsinə gedib.
AZİNFORM.AZ xəbər verir ki, Prezident Ərdoğan və Fatih Ərbakan Hatayda parkda oturarkən lentə alınan görüntülər diqqət çəkib.
Ərdoğanın ona verilən bir stəkan suyu götürməməsi və reaksiyası diqqət çəkib. Oğlu Bilal Ərdoğanın suyu ona uzatmasından sonra Ərdoğanın stəkanı qəbul etdiyi görülüb. Həmin anlar sosial şəbəkədə gündəm olub. Ərdoğanın bu addımı “təhlükəsizlik tədbiri” kimi şərh edilib.
Cumhurbaşkanı Erdoğan'dan dikkat çeken güvenlik önlemi! Suyu, oğlu uzatınca alıp içti pic.twitter.com/iNGGrNBINt
— WeBursa.com (@webursa) May 22, 2023