Göy qurşağı “səpələyən” maşının görüntüləri maraq doğurdu - VİDEO
19-05-2023, 21:24

Sosial şəbəkələrdə yola göy qurşağı "səpələyən" maşının görüntüləri yayılıb. Kadrlar Çinin Çendu şəhərindəndir.

AZİNFORM.AZ xəbər verir ki, kadrlarda maşın hərəkət etdikcə "püskürdüyü" rənglərin yol boyu uzandığı görünür. Əslində bu su pərdəsinin köməyi ilə havadakı tozun miqdarını azaltmaq üçün görülən işdir. Ancaq açıq havada bu fəaliyyət əsl tamaşaya çevrilir.

Kadrlar internet istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.


/oxu.az/



up