ABŞ-da bu ştatın bütün sakinlərinə "TikTok" QADAĞAN EDİLDİ
18-05-2023, 21:38

ABŞ-da ilk dəfə olaraq Montana ştatında “TikTok”dan istifadə qadağan edilib.

AZİNFORM.AZ xəbər verir ki, "TikTok"la yanaşı "ByteDance" şirkətinin bütün xidmətləri də sakinlərə qadağan edilib.

Məlumata görə, qərara əməl etməyənlərə qarşı ciddi cərimələr tətbiq olunacaq.

Qanun 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək.

Qeyd edək ki, "TikTok" uzun müddətdir ki, dünyanın bir çox yerində, xüsusən də ABŞ-da və Avropa Birliyi ölkələrində mübahisəli məqamdadır.

ABŞ prezidenti Co Bayden keçən il TikTok-un federal qurumlara aid cihazlarda istifadəsini qadağan edib.





up