15 yaşlı oğlan anasını öldürdü, qonşularını yaraladı
19-05-2022, 19:29

Türkiyədə dəhşətli olay baş verib.

Türkiyənin Eskişehir şəhərində 15 yaşlı oğlan ov tüfəngi ilə anasına atəş açıb.

Daha sonra silah səsini eşidib onlara yaxınlaşan qonşularını güllələyib.

Qadın hadisə yerində keçinib. Onun 3 qonşusu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 15 yaşlı oğlanın atası ilə anası bir il əvvəl boşanıblar. Oğlan atası ilə qalırmış.

Hüquq-mühafizə orqanları olayın səbəbini araşdırırlar. /demokrat.az/


AZİNFORM.AZ





up