Conson Ukraynaya əlavə hərbi yardım paketini elan edib
19-05-2022, 19:09

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya əlavə hərbi yardım paketini elan edib.

Bu barədə Boris Conson tviterdə yazıb.

Baş nazir Ukraynaya uzaqmənzilli artilleriya, sahil-gəmi raketləri və pilotsuz uçuş aparatlarının tədarükünə də diqqət çəkib.

“Bu, bizim Ukraynaya 1,3 milyard funt-sterlinqlik əlavə hərbi yardım paketimizin bir hissəsidir”, - Conson qeyd edib. /report/


AZİNFORM.AZ




up