ABŞ-da yaşayış binasına meteorit düşdü - FOTO
9-05-2023, 21:57

ABŞ-da meteorit yaşayış binasının üzərinə düşüb. Kosmosdan gələn daş binanın damını yarıb və yataq otaqlarından birinə düşüb. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Məlumata görə, hadisə ABŞ-ın Nyu-Cersi ştatının Hopvel şəhərində baş verib.

Səlahiyyətlilər meteoritin ölçüsünün təxminən 10-15 santimetr  olduğunu söylədi.

Polisin sözlərinə görə, o, uzunsov formadadır və metala bənzəyir.

Hadisə zamanı otaqda heç kim olmayıb. Sonradan məlum olub ki, meteorit damdan keçərək döşəməyə çırpılıb, sıçrayıb və yenidən tavana dəyib. Evin xanımı onu otağın küncündə tapıb.

"Mən bu şeyə toxundum, çünki bunun təsadüfi bir daş olduğunu düşündüm, amma isti idi",- deyə qadın qeyd edib.

Franklin İnstitutunun baş astronomu Derik Pits bildirib ki, meteoritin 4-5 milyard il yaşı ola bilər. Ola bilsin ki, o, Günəş sisteminin yaranmasından qalmış ola bilər.

Polis, ehtimal olunan meteoritin “Eta Aquarids” adlı davam edən meteor yağışı ilə əlaqəli ola biləcəyini söylədi.

Hadisə ilə bağlı araşdırma aparılır.  





up