2023-cü il mayın 12-də, 76 metr uzunıuqda olan 2023 HT4 asteroidi Yerin yanından keçəcək.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
Qeyd olunub ki, səma cismi Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. O, saatda 32 184 km sürətlə hərəkət edir.
NASA mütəxəssisləri 2023 NT4-ü planetimiz üçün potensial təhlükə hesab etmirlər. Təhlükəli göy daşları adətən Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşaraq keçir və onların diametri 100-150 m-dən çox olur.
Belə cisimlər quruda və ya okeanda əhəmiyyətli dağıntılara səbəb ola bilər.