Bu ölkədən ŞOK ETİRAF: Türkiyədəki seçkilərə müdaxilə edilir
7-05-2023, 21:17

Ankaranın rəsmi tələbinə baxmayaraq, Berlin rəhbərliyi bəzi bölgələrdə seçki qutularının qurulmasına icazə verməyib, lakin terror təşkilatı PKK-ya yaxınlığı ilə tanınan Yaşıl Sol Partiyası Almaniyanın Bavariya və Baden-Vürtemberq əyalətlərində, həmçinin paytaxt Berlində seçki büroları açıb və burada 14 may tarixində Türkiyədə keçiriləcək prezident seçkiləri üçün kampaniya aparır.

AZİNFORM.AZ xəbər verir ki, Almaniyanın “Frankfurter Rundschau” qəzeti dərc etdiyi xəbərdə Yaşıllar Partiyasının Türkiyədəki seçkilərə müdaxilə etməyə çalışdığını etiraf edib və partiyanın həmsədri Rikarda Lanqın Ərdoğanın rəqiblərinə səs istədiyini bildirib.

Yaşıllar Partiyası sosial mediada “prezident seçkilərində Ərdoğana səs verməyin”, “parlament seçkilərində isə Yaşıl Sol Partiyasına səs verin” çağırışı edib.

Qəzet Almaniyada seçici fəallığının 2018-ci ildəkindən qat-qat yüksək olduğunu vurğulayaraq, Almaniyadakı seçicilərin mühüm kütlə olduğunu qeyd edib.

Yaşıllar Partiyasının səs istədiyi Yaşıl Sol Partiyasının üzvləri aprel ayında Düsseldorfda təşkil etdiyi yürüşdə terror təşkilatı lideri Abdullah Öcalanın azadlığa buraxılmasını tələb edib və yürüş zamanı terrorçu Cəmil Bayıkın səs yazısını səsləndiriblər. Bayık 14 may seçkilərinin əhəmiyyətini vurğulayaraq Kılıçdaroğluna səs istəyib. /musavat.com/





up