DİGƏR XƏBƏRLƏR
Rusiya Prezidenti Vladimir Putin dövlətə xəyanət cinayətinə görə ömürlük həbsi nəzərdə tutan qanunu imzalayıb.
AZİNFORM.AZ xəbər verir ki, qanun Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunub.
Müvafiq olaraq, dövlətə xəyanət cinayətini törədənlərə 20 ilə qədər verilən cəza ömürlük olacaq.
Bundan əlavə, qanunun tələb etdiyi kimi, terror cinayətləri törətmiş şəxslərin 15 il həbs cəzası 20 ilə qədər artırılıb. Beynəlxalq terror cinayətləri törədən şəxslərə 12 il ömürlük həbs cəzası verilə bilər.
Terrorçuluğa çağırış cinayətini törədənlər 5 ildən 7 ilədək, terror qruplaşmalarında iştirak edənlər isə 10 ildən 15 ilədək həbs cəzası ala bilərlər.