Britaniyanın baş naziri Rişi Sunakın qayınanası Sudha Murti qızının Sunakı Baş nazir etdiyini deyib.
AZİNFORM.AZ xəbər verir ki, Sudha Murti qızının həyat yoldaşı Rişi Sunakın həyatına bir çox cəhətdən təsir etdiyini bildirib.
"Mən ərimi iş adamı etdim. Qızım ərini İngiltərə Baş naziri etdi. Bu, qadınların şöhrətindən irəli gəlir. Arvadın ərini necə dəyişdirdiyini görə bilərsiniz" ,- deyə o qeyd edib.
Murti Sunakın hər cümə axşamı oruc tutduğunu da deyib.