Qadınlar küçədə ŞOK GƏZİNTİSİ GÜNDƏM OLDU - VİDEO
15-04-2023, 16:22

Moskvada qadınların alt paltarda kütləvi gəzintisi gündəm olub.

AZİNFORM.AZ lent.az-a istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

"Moskva Siti" biznes mərkəzinin yaxınlığında qadınlar kütləvi şəkildə alt paltarında gəziblər.

Videoda açıq bej rəngli trençkotlar, qara alt paltar dəstləri və hündürdaban ayaqqabılarla küçədə gedən bir qrup rus qadını əks olunub. Bəzi qadınlar "forma"nı nazik corablarla tamamlayıblar.

Videonun qəhrəmanlarının hərəkəti sosial şəbəkədə qarışıq reaksiyaya səbəb olub. Qadınların küçədə belə açıq şəkildə gəzməsi çoxlarını qəzəbləndirib. Bununla belə, videoya bəyənmə emojiləri qoyanlar da olub.





up