Co Bayden müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edib.
AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müğənni bu vəzifəyə layiqli namizəddir, çünki onun 13 Qremmi mükafatı var.
Qeyd edək ki, L. Qaqa Baydenin seçki kampaniyası tədbirlərində fəal iştirak edib. 2021-ci ildə o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.