Papa müsəlmanların ayağını YUDU VƏ ÖPDÜ - FOTO
7-04-2023, 21:40

Son zamanlar səhhətində yaranan problemlər və istefa verəcəyi xəbərləri ilə gündəmə gələn Roma Papası Fransisk dünən Pasxa bayramı öncəsi keçirilən ənənəvi mərasimdə gənc məhbusların ayaqlarını yuyub.

AZİNFORM.AZ xəbər verir ki, Papa Fransisk Pasxa bayramı öncəsi cümə axşamı yoxsulların ayaqlarının yuyulması mərasimi üçün Romadakı uşaq islah düşərgəsinə baş çəkib.

Keçən həftə yuxarı tənəffüs yollarında infeksiyaya görə xəstəxanaya yerləşdirilən 86 yaşlı Papa ənənəvi dua mərasimində islah düşərgəsində qalan gənc məhbusların l ayaqlarını yuyub. Hz. İsanın həvarilərinə qarşı münasibətini əks etdirən Son zamanlar səhhətində yaranan problemlər və “istefa verəcəyi” xəbərləri ilə gündəmə gələn Papa Fransisk dünən Pasxa bayramı öncəsi keçirilən ənənəvi mərasimdə gənc məhbusların ayaqlarını yuyub.

Papa Fransisk Pasxa bayramı öncəsi cümə axşamı yoxsulların ayaqlarının yuyulması mərasimi üçün Romadakı uşaq islahxanasına baş çəkdi.

Keçən həftə yuxarı tənəffüs yollarında infeksiyaya görə xəstəxanaya yerləşdirilən 86 yaşlı Papa ənənəvi dua mərasimində islahxanada qalan gənclərin ayaqlarını yuyub. Hz. İsanın həvarilərinə qarşı təvazökarlığını əks etdirən mərasimdə Papa əvvəlcə 12 gənc məhbusun ayaqlarını yuyub, sonra isə öpüb.

10 ildir bu vəzifədə olan Papa Fransisk qadınları və katolik olmayanları da ənənəvi ayaqyuma mərasiminə qatan ilk Papa kimi diqqət çəkib. Papanın dünənki mərasimdə ayağını yuyunub öpdüyü şəxslər arasında seneqallı müsəlman və iki qadın da olub.

Bu mərasimdən əvvəl Papa Müqəddəs Katolik Kilsəsindən çox sayda yüksək səviyyəli ruhanilərin iştirak etdiyi mərasiimi icra edib. 

Papa Fransisk buradakı çıxışında kardinalları kilsədə parçalanmalara yol verməməyə çağırıb. /cebhe.info/





up