Roma Papası III Dünya müharibəsinin başladığını ELAN ETDİ
14-06-2022, 14:36

Roma Papası Fransisk Üçüncü Dünya Müharibəsinin başladığını bəyan edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə La Stampa nəşri yazıb.
 
"Bir neçə il əvvəl ağlıma gəlmişdi ki, biz Üçüncü Dünya Müharibəsini hissə-hissə yaşayırıq. Bu gün isə inanıram ki, Üçüncü Dünya Müharibəsi elan olunub", - deyə Papa Avropadakı yezuit nəşrlərinin rəhbərləri ilə söhbətində bildirib.

Onun fikrincə, “bir əsrdə üç dünya müharibəsindən sağ çıxan bəşəriyyət"in başına gələnləri düşünmək lazımdır. Papa Fransisk bunun fəlakət olduğunu sözlərinə əlavə edib.
 
Roma Papası Ukraynadan başqa, digər ölkələrdə də münaqişələrin davam etdiyinə diqqət çəkib: “Nigeriyada, Konqoda, Myanmada – amma bunlar heç kimin vecinə deyil”.

Papa Fransisk 25 il əvvəl Ruandada baş verən toqquşmaları da xatırladıb və bir daha dünyanın müharibə şəraitində olduğunu vurğulayıb.(modern.az)





up