Çavuşoğlu rusiyalı həmkarı Lavrovla İFTAR SÜFRƏSİNDƏ GÖRÜŞDÜ - VİDEO
6-04-2023, 23:16

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Rusiya xarici işlər naziri Sergey Lavrovla iftarda görüşüb. Çavuşoğlu 6-7 aprel tarixlərində qonağı qismində Türkiyədə rəsmi səfərdə olan Lavrovla Xarici İşlər Nazirliyinin Rəsmi İqamətgahında iftar süfrəsi arxasında bir araya gəlib. 
AZİNFORM.AZ xəbər verir ki, Rusiya xarici işlər naziri Lavrovu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov müşayiət edib.
Qeyd edək ki, nazir Çavuşoğlunun sabah ikitərəfli və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə edəcəyi və rusiyalı həmkarı Lavrovla birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.


 



AZİNFORM.AZ



up