Alyaskada güclü zəlzələ baş verdi
20-03-2023, 11:54

Bazar günü Alyaska sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,9 min nəfərin yaşadığı Ankor-Poynt kəndindən 19 km cənub-qərbdə və 298 min nəfərdən çox əhalisi olan Ankoric şəhərindən 209,7 km cənub-qərbdə olub.

Mənbə 65,4 km dərinlikdə yerləşib.
Dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.





up