Rusiyada kimyəvi zavodda yanğın başlayıb
17-05-2022, 12:29

Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində kimyəvi zavodda yanğın başlayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə 10 yanğınsöndürən cəlb olunub.

Yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir. /report/

AZİNFORM.AZ





up