Ermənistan Hindistana bu bölgədən ticarət dəhlizi təklif etdi
11-03-2023, 21:21

Ermənistan Hindistana Qara dəniz vasitəsilə Rusiyaya ticarət dəhlizi təklif edir.

Azinform.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

Təklif Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri zamanı verilib. Məlumata görə, yeni marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel olacaq. Dəhliz Mumbayı Azərbaycandan yan keçməklə İran və Ermənistan vasitəsilə Avropaya birləşdirəcək. Bundan əlavə, dəhliz Rusiya ilə Qərb ölkələri arasında gərginliyin qarşısını almaq üçün Süveyş kanalından yan keçən başqa bir marşrut quracaq.





up