'Sputnik V' peyvəndinin yaradıcılarından biri öldürülüb
3-03-2023, 23:43

Koronavirusa qarşı "Sputnik V" peyvəndinin yaradıcılarından biri Andrey Botikov Moskvada öldürülüb.

Alim evində ölü tapılıb.

Məlum olub ki, Botikovu onun yanına gələn qonaq boğaraq öldürüb.

Qeyd edək ki, Botikov COVID-19 əleyhinə peyvənd üçün patentin həmmüəllifidir. O, dərman preparatını yaratdığına görə Rusiya Prezidenti Vladimir Putindən mükafat alan alimlərin arasında olub. /apa/





up