“Təbii fəlakət nəticəsində 45 mindən çox insan həlak oldu" - Türkiyə Prezidenti
3-03-2023, 16:27

“Zəlzələ və afterşoklar ciddi itkilərə, böyük dağıntılara səbəb oldu”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Risk Qalxanının toplantısında deyib.

O bildirib ki, zəlzələ 14 milyon insanın həyatına birbaşa təsir edib: “Təbii fəlakət nəticəsində 45 mindən çox insan həlak oldu. 115 min insan yaralandı”.

R.T.Ərdoğan söyləyib ki, zəlzələnin təsirlərinin aradan qaldırlıması üçün işlər davam edir.





up