Yaponiya sahillərində daha bir naməlum kürə tapıldı
2-03-2023, 23:55

Yaponiya sahillərində mənşəyi məlum olmayan daha bir metal kürə tapılıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Fuji televiziyası məlumat yayıb.

Qeyd edək ki, fevralın 21-də ölkənin mərkəzi hissəsində yerləşən Şizuoka prefekturasının Hamamatsu şəhər çimərliyində şübhəli obyektlər aşkar edilmişdi.

Mütəxəssislərin araşdırmaları zamanı müəyyən olunub ki, tapılan kürənin içi boşdur, lakin o qədər ağırdır ki, yerindən tərpətmək çətindir. /baku.ws/





up