Fransa prezidenti Emmanuel Makronun qatıldığı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində nümayişçinin etirazından sonra dava düşüb. Makronun mühafizəçiləri qadın etirazçının saçından tutub yerə sürükləyiblər.
AZİNFORM.AZ xəbər verir ki, sərgidə “Çox əzmlə çalışan fermerlərimizə dəstək olmaq üçün buradayam” deyən Makrona etiraz etmək istəyən aksiya iştirakçısı Makronun qarşısına atılıb.
Makronun mühafizəçilərinin qadın etirazçıya müdaxiləsi sərt olub. Etirazçı mühafizəçilər tərəfindən saçından sürüklənərək ərazidən uzaqlaşdırılıb.