İran Trampı öldürmək istəyir - General Hacızadə
26-02-2023, 22:05

İran ABŞ-ın sabiq prezidenti Donald Trampı öldürmək istəyir.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin rəhbəri Əmirəli Hacızadə dövlət televiziyasına müsahibəsində bildirib.

O vurğulayıb ki, SEPAH-ın Qüds Qüvvələrinin sabiq komandiri Qasım Süleymaninin öldürülməsinə görə Trampı qətlə yetirmək lazımdır.

“İnşallah, biz Trampı öldürməyə çalışırıq. Pompeo (keçmiş dövlət katibi Mayk Pompeo - red.) və əmr verən hərbi komandirlər öldürülməlidir”, - general Hacızadə deyib.

Onun sözlərin görə, İran 1650 kilometr mənzilli qanadlı raket hazırlayıb. “Paveh” adlandırılan qanadlı raket ilk dəfə dövlət televiziyasında nümayiş etdirilib.  /modern.az/





up