DİGƏR XƏBƏRLƏR
Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra ölkədə yeraltı təkanlar orta hesabla üç dəqiqədə bir baş verir.
AZİNFORM.AZ xəbər verir ki, bunu şənbə günü Ankarada keçirdiyi brifinqdə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması şöbəsinin rəhbəri Orhan Tatar deyib.
“Biz hələ də Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra hər üç dəqiqədən bir avterşoklar qeydə alırıq. İndiyədək 9470 təkan qeydə alınıb”, - o bildirib.