DƏHŞƏT! Türkiyədə zəlzələ zamanı EV "SÜRÜŞDÜ" - Gözlərinə inanmadılar - FOTO
26-02-2023, 15:58

Kahramanmaraşda fevralın 6-da iki ardıcıl güclü zəlzələlər Türkiyənin bir çox yerində böyük dağıntılara, insan təlafatına səbəb oldu.

AZİNFORM.AZ milli.az-a istinadən xəbər verir ki, ancaq Adıyamanda bir kənddə zəlzələ evi təməldən 30 sm qaldıraraq 2 metr irəli aparıb. Ev sözn əsl mənasında qorxunc zəlzələ nəticəsində "yeriyib" desək yanılmarıq.

Sahibi Emin Atmaca qarşılaşdığı tükürpədici hadisə ilə bağlı deyib: "Ev rəsmən yeridi. Zəlzələ, silkələnmələr dayandan sonra çölə çıxarkən aşağı endiyimizdə gördük ki, qapı ilə pilləkən fərqli-fərqli yerlərdədir. Evdən çıxmaq üçün qapıdan atlamaq məcburiyyətində qaldıq".






up