DİGƏR XƏBƏRLƏR
İranın cənubunda yerləşən Fars əyalətinin Dərəz bölgəsində 5,5 maqnitudalı zəlzələ baş verib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoqrafiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla 04:41-də baş verib və yeraltı təkanların ocağı 11 km dərinlikdə olub.
Qeyd edək ki, dünən səhər saatlarında da Fars və Hormozqan əyalətlərində 5,2 bal gücündə zəlzələ qeydə alınmışdı.