Düjarrik zəlzələdə ölən BMT əməkdaşlarından danışıb.
Türkiyədə baş verən zəlzələdə BMT-nin üç əməkdaşı həlak olub.
AZİNFORM.AZ-ın xəbərinə görə, bunu çərşənbə günü BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
"Hazırda zəlzələ zamanı ölən 3 əməkdaşımızdan xəbərdarıq. Onların hamısı Türkiyədə dünyasını dəyişib, onlar həmin ölkənin təmsilçiləri olub" – Düjarrik qeyd edib.