BMT-nin baş katibi Vinnitsanın atəşə tutulmasının nəticələrindən şoka düşüb
15-07-2022, 11:27

BMT-nin mətbuat xidmətinin məlumatına görə, BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın Vinnitsa şəhərinə raket hücumu nəticəsində üçü uşaq olmaqla 23 mülki şəxsin həlak olması və 100-dən çox insanın yaralanması ilə bağlı dəhşətə gəlib.

"Baş katib mülki şəxslərə və mülki infrastruktura qarşı bütün hücumları pisləyir və bu cür pozuntulara görə məsuliyyətə çağırışını təkrarlayır", - BMT sözçüsü bəyanatında bildirib.

Bundan əlavə, BMT-nin mətbuat katibinin müavini Fərhan Haq Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib ki, son 24 saat ərzində Ukraynada atışmalar Zaporojye, Nikolayev və Donetsk vilayətinin bir sıra rayonlarında mülki əhalinin tələfatına və mülki infrastrukturun məhvinə səbəb olub. 

“Döyüşlər nəticəsində mühüm infrastruktur dağıdılır, milyonlarla insan səhiyyə xidmətlərindən, o cümlədən su, işıq və qazdan məhrumdur”, - deyə BMT sözçüsü bildirib.





up