Tibb bacısı zəlzələ zamanı qaçmaq əvəzinə xəstələri xilas etdi - ANBAAN VİDEO
12-02-2023, 23:22

10 vilayətdə baş verən zəlzələ zamanı xəstəxanada növbətçi olan tibb bacısı həyatından əvvəl xəstələrini düşündü. Həmin anlar xəstəxananın kamerasına əks olunub.
AZİNFORM.AZ xəbər verir ki, Qaziantepdə İnayet Topçuoğlu Xəstəxanasında çalışan uşaq tibb bacısı Şeyma Alakuş zəlzələ zamanı xəstələrini xilas etmək üçün xəstəxananın dəhlizindən keçib. 
O, binadan çıxardığı xəstələri tərk edərək, başqa xəstələr üçün yenidən xəstəxanaya daxil olub.
Həmin anlar xəstəxananın təhlükəsizlik kamerasına düşüb. 

AZİNFORM.AZ



up