Dağıntılar altından xilas edilən gəncin SUALI HƏR KƏSİ KÖVRƏLTDİ - VİDEO
12-02-2023, 00:39

Kahramanmaraşda iki böyük zəlzələdən sonra dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir. Zəlzələ fəlakətinin 5-ci günündə komandalar yeni bir həyat xilas etmək ümidi ilə dayanmadan hərəkət edirlər. 

 Ekipajlar dağıntılardan 119 saat sonra gənci sağ-salamat xilas ediblər.  Dağıntılar altından sağ çıxarılan lisey şagirdi Kamil Canın ilk sözləri hər kəsi duyğulandırıb.

AZİNFORM.AZ xəbər verir ki, 16 yaşlı gəncin xilasedicilərə ilk sualı “Bu gün hansı gündür?” olub.

Sözügedən görüntüləri təqdim edirik:






AZİNFORM.AZ



up