KUŞKAYASI DAĞINDA BAŞ VERƏN ZƏLZƏLƏ SONRASI VULKAN ƏMƏLƏ GƏLİB - VİDEO
11-02-2023, 21:37

Türkiyəni əsrin fəlakəti adlandırılan mərkəzi Kahramanmaraşda olan iki böyük zəlzələ sarsıdıb.

Birincisi 7,7, ikincisi isə 7,6 bal gücündə zəlzələ; Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Axtarış-xilasetmə işlərinin aparıldığı ərazidən görüntü izləyənləri qorxuya salıb.

AZİNFORM.AZ xəbər verir ki, Kahramanmaraş Göksun Kuşkayası dağından qalxan tüstü və dağdan axan qara mayeyə bənzər maddə sakinlərin diqqətini çəksə də, onlar narahatlığa səbəb olub.

AFAD zəlzələ riski və təsirinin azaldılması üzrə baş direktoru Orhan Tatar  sosial mediada yayılan Göksun Kuşkayası dağından "lava axdığı" iddiaları ilə bağlı açıqlama verib. Tatar, "Hadisə, zəlzələnin törətdiyi və zəlzələdən sonra tez-tez gördüyümüz sadə bir kütləvi hərəkatdan başqa bir şey deyil" dedi.






up