ABŞ tarixinin ən böyük fəlakətlərindən birini yaşayır.
AZİNFORM.AZ xəbər verir ki, qar fırtınası nəticəsində 41 nəfərin həyatını itirdiyi ölkədə milyonlarla insan işıqsız qalıb.
Soyuq havadan təkcə insanlar əziyyət çəkməyib. Texas ştatında onlarla yarasa hipotermik şoka məruz qalıb. Görüntüləri paylaşan yerli media orqanları “Göydən yarasalar yağdırdı” başlığı ilə görüntülər yayımlayıb.
Ölüm ayağında olan heyvanlar Hyuston Vəhşi Təbiət Mərkəzi tərəfindən xilas edilib.