Ukraynanın sabiq prezidenti öldü
10-05-2022, 23:29

Ukraynanın ilk prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ukrayna İnformasiya Agentliyinə siyasətçinin ailəsi məlumat verib.

Qeyd edək ki, bu ilin yanvarın 10-da Kravçukun 88 yaşı tamam olub. Onun səhhətində problem 2021-ci ilin iyununda yaranıb. Sabiq dövlət başçısı Kiyevdəki xəstəxanalardan birində ürəyindən əməliyyat edilib.





up