Yeni Zelandiya hökumətindən siqaret çəkənlərlə bağlı İLGİNC QƏRAR
13-12-2022, 18:20

Yeni Zelandiya gələcək nəslə siqaret çəkməyi rəsmən qadağan edib.

AZİNFORM.AZ xəbər verir ki, ölkədə 2023-cü ildən qüvvəyə minəcək qadağaya görə, 2008-ci ildən sonra doğulanlar ömürlük siqaret ala bilməyəcək.

Hökumətin qəbul etdiyi qərara əsasən, yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni olaraq siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.

“Minlərlə insan daha uzun, daha sağlam ömür sürəcək. Səhiyyə sistemi təxminən 5 milyard dollarlıq xərclərdən xilas olacaq. Çünki siqaretin səbəb olduğu xəstəliklərin, məsələn, xərçəngin bir çox növlərinin müalicəsinə ehtiyac qalmayacaq”, – deyə Yeni Zelandiya Səhiyyə Nazirinin müavini Ayesha Verrall bildirib. 






up