İlon Maskdan qəribə tvit: "Müəmmalı şəkildə ölsəm..."
10-05-2022, 13:22

"SpaceX"in qurucusu, "Tesla"nın Ceo-su, Tvitterin sahibi İlon Mask atdığı tvitlə izləyicilərini təəccübləndirib.

AZİNFORM.AZ xəbər verir ki, milyarder Tvitter səhifəsində bu sözləri yazıb:

“Əgər müəmmalı şəkildə ölsəm, sizləri tanımaq gözəl idi”, - deyə o qeyd edib.

Sosial şəbəkə istifadəçilərinin bir qismi milyarderin sözlərinə təəccüblənsə də, digər qismi yumoristik cavablar verib. /ölkə.az/





up