Volodimir Zelenski “İlin adamı” seçildi
5-12-2022, 15:37

Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzeti tərəfindən “İlin adamı” seçilib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə qəzetin saytında yayılan açıqlamada bildirilir.

“O, Rusiya təcavüzünə qarşı Ukrayna xalqının cəsarət və dözümlülük təcəssümü, avtoritarizmlə mübarizədə isə demokratik dünyanın flaqmanı oldu”, – nəşr yazır.

Qeyd edək ki, ötən il “İlin adamı” “Twitter”in sahibi, amerikalı sahibkar və milyarder İlon Mask olmuşdu.





up