DİGƏR XƏBƏRLƏR
ABŞ-ın Merilend ştatında kiçik təyyarə elektrik ötürücü xəttinə çırpılıb.
AZİNFORM.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Federal Aviasiya İdarəsi (FAA) açıqlama verib. Mooney M20J tipli təyyarə yerdən təxminən 30 metr yüksəklikdə dirəyə ilişib.
Təyyarədə olan iki nəfərin xəsarət aldığı açıqlanıb. Həmin şəxslər üçün xilasetmə işləri davam edir. Sözügedən qəzadan sonra Montqomeri bölgəsində 120 minə yaxın insan işıqsız qalıb. Ərazidə bir çox işıqforun işləmədiyi bildirilib.
Qəzanın səbəbi hələlik məlum deyil.