Yeni doğulmuş uşaqlar 30 YAŞLI ÇIXDI
27-11-2022, 19:59

Amerikada bir cütlüyün 30 il əvvəl dondurulmuş embrionlardan əkiz uşaqları olub.

AZİNFORM.AZ-ın məlumatına görə, həkimlər körpələrin vəziyyətinin yaxşı olduğunu bildirib.

Uşaqların valideynləri Filip və Raçel Ridqivey onların əslində 1992-ci ildə doğulduğunu deyib:

“Əkizlərimiz ən balaca körpələrimiz olsa da, əslində ən böyük uşaqlarımızdır”.

Qeyd edək ki, bunlar ən uzun müddətdə dondurulmuş embrionlar hesab edilir. Embrionlar 22 aprel 1992-ci ildə, hələ Corc HW Buş prezident olanda dondurulub. /lent.az/






up