Dondurulmuş embrionlardan əkizlər doğuldu
21-11-2022, 20:48

1992-ci ildə ABŞ-da dondurulmuş embrionlardan əkizlər doğulub.

AZİNFORM.AZ-ın məlumatına görə,manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Oreqon ştatında yaşayan Rachel və Philip Ridgeway ilə 3 həftə əvvəl qucaqlarına aldıqları əkizləri Lidiya və Timoti tibb dünyasının gündəminə oturub.

Oktyabrın 31-də doğulan əkizlər 22 aprel 1992-ci ildə dondurulmuş embrionlar sayəsində dünyaya gəliblər.

Bu, doğuşla nəticələnən ən uzun dondurulmuş embrion kimi tibbi tarixinə daxil ola bilər. 30 ildən çox əvvəl dondurulmuş embrionun doğumla nəticələndiyinə dair hələ heç bir sübut yoxdur. Əvvəlki rekord 27 il əvvəl 2020-ci ildə donmuş embrionla dünyaya gələn Molli adlı körpəyə məxsusdur.

Şəxsiyyəti məxfi saxlanılan evli cütlük 1992-ci ildə IVF müalicəsi üçün embrionları dondurmaq qərarına gəlib. 34 yaşlı yumurta donoru və 50 yaşlarında ərinin spermasından alınan embrionlar 2007-ci ilə qədər klinikada saxlanılıb. Daha sonra cütlük embrionları Tennessi ştatındakı Milli Embrion Donorluq Mərkəzinə bağışlamağa qərar verib.

CNN İnternational-a danışan Philip Ridgeway, yeni doğulan körpələrini qucaqlayarkən təəccübünü ifadə edərək, "Allah Lidiya və Timoteyə həyat verəndə mənim 5 yaşım var idi" deyib.

Ailələrinin yeni üzvlərini sevinclə qarşılayan cütlüyün daha 4 övladı var.





up