Putin Azərbaycan xalqını təbrik etdi
8-05-2022, 17:55

Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə Belarus, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Ermənistan, Moldova, Tacikistan, Özbəkistan və Türkmənistan xalqına və dövlət başçılarına təbrik ünvanlayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş əsgərlərə və arxa cəbhə işçilərinə minnətdarlıq və ehtiramımızı bildiririk”, - deyə məlumatda bildirilir.

 





up