İngiltərə kralı bu yeməyi qadağan etdi - FOTO
21-11-2022, 15:56

İngiltərədə Yelizavetanın ölümündən sonra taxta çıxan III Çarlz maraqlı qərar verib.

AZİNFORM.AZ xəbər verir ki, Çarlz “yağlı qaz və ya ördək qaraciyəri” adlı fransız yeməyini menyudan çıxararaq, kral iqamətgahlarında, o cümlədən Bukingem sarayında istifadə etməyi qadağan edib.

Heyvan hüquqları təşkilatı PETA dünən Bukingem Sarayının onlara göndərdiyi məktubda kral Çarlzın əmri ilə Balmoral, Sandringham, Windsor Castle, o cümlədən bütün kral iqamətgahlarının menyularına Foie gras daxil edilməyəcəyini ifadə etdi.






up