Türkiyəli məşhur jurnalist vəfat etdi - FOTO
21-11-2022, 11:00

Türkiyəli məşhur jurnalist Hıncal Uluç vəfat edib.

AZİNFORM.AZ  xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

İki böyrəyini də itirən media nümayəndəsi bir müddət əvvəl qan zəhərlənməsinə görə müalicə olunub.

Uluç həmçinin ürəyindəki problem səbəbindən əməliyyat edilmişdi. İndiyədək 10-a yaxın cərrahi müdaxiləyə ehtiyac duyan jurnalist İstanbul şəhərində özəl xəstəxanaların birində müalicə alırdı.

Qeyd edək ki, Hıncal Uluç "Sabah" qəzetində köşə yazarı, "A Spor" telekanalında isə şərhçi olub.






up