BMT: ‘‘Mariupoldan 300 mülki vәtәndaş da tәxliyә edildi’’
6-05-2022, 23:39

Birləşmiş Millətlər Təşkilatı Ukraynanın Mariupol şəhəri və ətrafında hәyata keçirilәn tәxliyә әmәliyyatları nәticәsindә 300 mülki vətəndaşın təhlükəsiz bölgələrə aparıldığını bildirib.

BMT-nin Ukraynadakı rezident әlaqәlәndiricisi Osnat Lubrani verdiyi yazılı açıqlamada dünən Mariupol və ətrafında qapalı qalan mülki vәtәndaşların təxliyəsi ilә bağlı әmәliyyatların uğurlu şәkildә  hәyata keçirildiyini bildirib.

Osnat Lubrani bu çərçivədə Mariupol başda olmaqla Manhuş, Berdiansk, Tokmak və Vasilivka şəhərlərindən təxminən 300 mülki vətəndaşın təxliyə edilәrәk 230 kilometr uzaqlıqdakı Zaporojye bölgəsinə aparıldığını bildirib.

Lubrani vurğulayıb ki, ikinci təxliyə əməliyyatı uğurlu olsa da, Mariupol və ətrafındakı mülki vәtәndaşlar üçün daha çox iş görülməlidir.

BMT mayın 2-də Mariupoldakı Azovstal metallurgiya zavodundan 100-dən çox mülki vәtәndaşın  təxliyə edildiyini açıqlamışdı.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.





up