Alimlər 200 il əvvəl basdırılmış "vampir"in simasını bərpa ediblər
2-11-2022, 21:07

Amerikalı alimlər 200 il əvvəl Konnektikutda vampir kimi dəfn edilən kişinin görünüşünü bərpa ediblər.

Elm adamları kişinin DNT-sini tədqiq edərək bunun böyük ehtimalla 55 yaşında vərəmdən ölən yoxsul fermer Con Barber olduğunu müəyyən ediblər.

Mütəxəssislər sifətin üçölçülü rekonstruksiyasının müasir üsullarının köməyi ilə mərhumun xarici görünüşünü də bərpa ediblər. Onun açıq dərisi, qəhvəyi gözləri və çilləri olub.





up